Polşa müdafiə nazirinin müavini Pavel Bejda bildirib ki, ölkə 1999-cu il Ottava Konvensiyasına əsasən belə silahların istifadəsinə qadağa qoyulmasına baxmayaraq, Polşa-Belarus və Polşa-Rusiya sərhədlərində 1 milyona yaxın piyada əleyhinə mina yerləşdirmək niyyətindədir...
HİT.az xəbər verir ki, belə tədbirlər Polşanın Şərq Qalxanı proqramı çərçivəsində həyata keçiriləcək.
"Başqa seçimimiz yoxdur. Sərhəddə vəziyyət ciddidir", deyə nazir RMF FM-ə bildirib.
O, etiraf edib ki, hazırda Polşada belə minalar yoxdur. Bununla belə, onlar özəl və dövlətə məxsus Polşa hərbi müəssisələrində istehsal olunacaqlar.
Martın 18-də Litva, Latviya, Estoniya və Polşanın müdafiə nazirləri bəyan ediblər ki, dövlətlər piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasında iştiraklarını nəzərdən keçirmək niyyətindədirlər. Müdafiə nazirlikləri bu qərarı Rusiya ilə qarşıdurma təhlükəsinin artması və NATO-nun şərq cinahının gücləndirilməsi zərurəti ilə izah ediblər.
Keçən ilin noyabrında Varşava "Şərq Qalxanı" proqramı çərçivəsində Rusiya və Belarusla sərhəddə müdafiə istehkamlarının tikintisini elan edib. İşlər 2028-ci ilə qədər davam edəcək və layihənin dəyəri 10 milyard zloti (2,5 milyard dollar) dəyərində qiymətləndirilir. Dekabrın sonunda Polşa Polşa qoşunlarının "təhlükəsizliyin mümkün pozuntularına daha tez reaksiya verməsi" üçün Kalininqrad vilayəti ilə sərhədə yol çəkmək niyyətində olduğunu bildirib.
Samir