Himalay dağları üzərindəki nadir qırmızı şimşəklərin sirri açıldı

DÜNYA
20:59 / 19.03.2025
41

Çin Elm və Texnologiya Universitetinin professoru başçılıq etdiyi alimlər qrupu Himalay dağlarında şimşək çaxarkən yaranan parlaq qırmızı elektrik boşalmalarını araşdırıb. "Qırmızı spraaytlar" adlanan bu nadir atmosfer hadisəsinin mexanizmləri açıqlanıb. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Advances in Atmospheric Sciences" (AAS) elmi jurnalında dərc edilib.

Tədqiqatçılar peyk trayektoriyalarını və ulduz sahələrinin analizini istifadə edərək yenilikçi vaxt sinxronizasiya metodu hazırlayıblar. Bu üsul alimlərə spraaytları "əsas" şimşəklərlə dəqiq şəkildə əlaqələndirmək imkanı verib.

Analiz göstərib ki, bu nadir qırmızı şimşəklər Qanq çayının ovalığından Tibet yaylasına qədər uzanan güclü mezomiqyaslı konvektiv sistemdə yaranır. Bu hadisə Cənubi Asiyada bir ildırım fırtınası zamanı qeydə alınan ən çox spraayt hadisəsi ilə rekorda imza atıb.

Bundan əlavə, alimlər ilk dəfə Asiyada nadir yaşıl atmosfer işıqlanmasını, yəni "xəyalvari spraaytlar" adlanan fenomeni qeydə alıblar.

Tədqiqat Himalay dağlarında baş verən ildırım fırtınalarının mürəkkəb elektrik boşalmaları yarada biləcəyini və bunun atmosfer proseslərinə təsir etdiyini vurğulayır. Bu kəşflər atmosfer fizikası və iqlim sistemləri arasındakı qarşılıqlı əlaqələri daha yaxşı anlamaq üçün vacib hesab olunur.

Samir

0