Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas prezident Vladimir Putinlə ABŞ lideri Donald Trampın söhbətindən sonra Rusiyaya etibar etmək mümkün olmadığını bildirib.
HİTaz bu barədə "Sky News"a istinadən xəbər verir.
"Söhbətin hər iki stenoqramını oxusanız, aydın olar ki, Rusiya əslində heç bir güzəştə getmək istəmir", deyə Kallas bildirib.
O, bir daha vurğulayıb ki, Aİ Kiyevə daha çox hərbi yardım göstərməyə çalışır.
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp martın 18-də ikinci rəsmi telefon danışığını keçirib. Moskva və Vaşinqton danışıqları məhsuldar qiymətləndirib. İki lider Ukrayna nizamlanması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq haqqında danışıblar.
Daha sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Putin və Trampın təmasları zamanı əldə olunan razılaşmaların təfərrüatlarını müzakirə etmək üçün yeni danışıqların keçiriləcəyini açıqlayıb.
Samir