Peskovun qızı gizli ərə gedib, oğlu isə...

DÜNYA
20:30 / 24.03.2025
106

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova 25 yaşlı Danil Romaşkovla gizli evləndiyi üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “komp1.guru” saytı yazıb. Bildirilir ki, daha əvvəl media Peskovanın çeçen iş adamı Ruslan Qolbazovla ailəli ola biləcəyi ehtimalını yazmışdı, lakin məlum olub ki, Yelizaveta 2024-cü ilə qədər heç vaxt rəsmi nikahda olmayıb.

Onun toyu gizli baş tutub. Dörd ay sonra isə cütlüyün oğlu dünyaya gəlib. Peskova usağı rus elitasının nümayəndələrinə xidmət edilən Moskva vilayətindəki elit “Lapino” klinikasında dünyaya gətirib. Tezliklə o, hüquqi şəxslərin reyestrində soyadını rəsmi olaraq dəyişdirib.

Peskovun kürəkəninin kimliyinə gəlincə, Romaşov Sankt-Peterburqda tikinti maqnatı kimi tanınır. Onun Sankt-Peterburqun bakılı qubernator Aleksandr Beqlovun ətrafı ilə sıx əlaqələri olduğu deyilir.

Peskovun oğlu Nikolay haqda da vaxtilə maraqlı xəbər vardı. Məsələn, “Vekon Konstrakşn” şırkətində 33 faiz paya sahib olan Nikolay Peskov ortağının Türkiyədə yaşayan iş adamı Şirin Quliyev olduğu deyilirdi.

Nikolay mətbuat katibinin ilk evliliyindən olan yeganə oğludur. Peskov 1988-ci ildə Anastasiya Budyonnaya ilə evlənib. 1994-cü ildə Anastasiya boşanmağa qərar verib- o zaman Peskov hələ Türkiyədə işləyirdi. Peskov 1994-cü ildə ikinci dəfə evlənib. Amma bu izdivac da 2012-ci ilədək davam edib. Boşanmalarının səbəbi Peskovun olimpiya mükafatçısı Tatyana Navka ilə gizli münasibətləri olub. Peskov boşandıqdan sonra həqiqətən də Navka ilə 2015-ci ildə münasibətlərini rəsmiləşdirib.

Nikolay uzun müddət İngiltərədə yaşayıb və təhsil alıb. Sonra isə Rusiyaya qayıdıb. Əvvəl erməni jurnalist Marqarita Simonyanın rəhbərlik etdiyi “Russia Today” telekanalının müxbiri vəzifəsində çalışıb. Həm də yaxşı idmançı olan Nikolay daha sonra qarışıq döyüş növləri təşkil edən “Fight Nights”in direktoru olub. Nikolay Peskovun Ukraynada müharibə zonasında “Vaqner”sıralarında döyüşüb. Nikolay deyib ki, ora gedəndə soyadımı dəyişməli olub. “Həqiqətdə kim olduğumu bilmirdilər. Orada adla, soyadla deyil, ayamalarla çağırılırıqdıq. Bu mənim kimliyimi saxlamağı asanlaşdırdı” deyə, o müsahibələrinin birində deyib.

ABŞ hökuməti 2022-ci ildə Peskovun həyat yoldaşı və iki övladına qarşı sanksiyalar tətbiq edib. Dmitri Peskov 1967-ci ildə Moskvada diplomat ailəsində anadan olub. Peskovun atası diplomatik fəaliyyətinin çoxunu ərəb ölkələrində keçirib. Atası oğlunu da diplomat kimi görmək istəyib və bu səbəbdən onu Moskva Dövlət Universitetinin Asiya və Afrika İnstitutuna yönlədirib.

 

Peskov burada türkologiyanı öyrənib. 1989-cu ildə məzun olduqdan sonra SSRİ Xarici İşlər Nazirliyində işə başlayıb. Sonra isə 1994-cü ilə qədər Rusiyanın Ankaradakı səfirliyində işləyib. 1994-cü ildə Rusiyaya qayıdaraq Rusiya Xarici İşlər Nazirliyində vəzifə alıb. 1996-cı ildə yenidən Ankaraya dönən Peskov, bu dəfə birinci katib olaraq Rusiya səfirliyində işə başlayıb. Peskov türk dili ilə yanaşı, ingilis və alman dillərini də yaxşı bilir. 2012-ci ilin mayından Rusiya prezidentinin mətbuat katibidir.

0