Ermənistan hökuməti beynəlxalq danışıqlar formatının - Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə təşkil olunan ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə parlamentdə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki "Qarabağ hərəkatı"nı davam etdirmək fikrində deyilik", - o qeyd edib.