Şahzadə Harriyə cinsi qısnama və zorakılıq ittihamı!

DÜNYA
20:57 / 31.03.2025
112
Böyük Britaniya kral ailəsinin üzvü və Kral Çarlzın kiçik oğlu olan şahzadə Harri uzun müddətdir qalmaqalların mərkəzində yer alır. Vətənindən ayrılaraq həyat yoldaşı Meqan Marklla birlikdə ABŞ-a köçən Harriyə qarşı bu dəfə ciddi ittihamlar irəli sürülüb.
 
Qaynarinfo xəbər verir ki, Harrinin qurucusu olduğu bir xeyriyyə təşkilatının rəhbəri onu və bir neçə nəfəri təşkilatdan ayrıldıqdan sonra "genişmiqyaslı zorakılıq və cinsi qısnama" törətməkdə günahlandırıb. Bu ittihamlar birbaşa həmin təşkilatın sədri Sofi Çandaukadan gəlib.
 
HİV və QİÇS diaqnozu qoyulmuş uşaqlara və gənclərə yardım edən "Sentebale” adlı xeyriyyə təşkilatının sədri, doktor Sofi Çandauka "Sky News"a danışıb. 
 
Çərşənbə axşamı şahzadə Harri xeyriyyə təşkilatındakı vəzifəsindən ayrılıb. Təşkilatın həmtəsisçisi Lesoto şahzadəsi Siiso ilə birlikdə verdiyi açıqlamada Harri Çandauka ilə Afrikada ianə toplama məsələsi ilə bağlı yaşanan fikir ayrılığı səbəbindən müvəkkillər şurasından istefa verməyə məcbur qaldığını bildirib.
 
 
Harri və Siiso bəyanatlarında bildiriblər ki, münasibət bərpaedilməz şəkildə pozulub və müdafiə olunması mümkün olmayan bir vəziyyət yaranıb.
 
Təşkilat rəhbəri Çandauka isə verdiyi açıqlamada bildirib: "Bu dünyada qanunlardan üstün olduğunu hesab edən, insanlara pis münasibət göstərən, sonra isə özlərini qurban kimi təqdim edən və tənqidlərə cavab olaraq mətbuatdan istifadə edərək insanlara zərər verən şəxslər var".
 
Doktor Sofi Çandauka ittihamlarını daha da sərtləşdirərək deyib: "Mətbuata yayılan bu qurban obrazının və hekayəsinin arxasında zəif idarəçilik, səriştəsiz rəhbərlik, gücün sui-istifadəsi, zorakılıq, təcavüz, qadın düşmənçiliyi və bütün bunlara etiraz etməyə cəsarət edən bir qadının hekayəsi var. Daha sonra isə bu həqiqətlərin üstünü örtmək cəhdləri gəlir".
 
 
"Sentebale” xeyriyyə təşkilatı Prins Harrinin 2004-cü ildə Lesotoda iki ay keçirdikdən sonra, 2006-cı ildə təsis edilib.
 
 
0