Rusiyanın NATO-ya hücumu: Mümkün ssenarilər və 5-ci maddədən istifadə ehtimalı...

DÜNYA
19:39 / 01.04.2025
104

Rusiya Şimali Atlantika Alyansının buna necə reaksiya verəcəyini sınaqdan keçirərək, NATO ölkələrinə hücum etmək üçün hibrid üsullardan istifadə etməyə çalışacaq. 

HİT.az xəbər verir ki, bu fikri “Radio NV” telekanalında Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksiy Getman deyib:

"Rusiyanın nə edə biləcəyi ilə bağlı müxtəlif ssenarilər artıq təhlil edilib. Məsələn, Estoniya ilə bağlı ssenari var. Biz bilirik ki, Rusiya ilə sərhəddə Narva şəhəri yerləşir. Orada da çoxlu sayda rusdilli estonlar var. Orada da bir növ özünümüdafiə vasitələri peyda ola bilər".

O əlavə edib ki, NATO-nun belə bir halda 5-ci maddəyə müraciət edib-etməyəcəyi hələlik bəlli deyil. Özəl hərbi şirkət NATO ölkələrindən birinə daxil olarsa, vəziyyət oxşardır:

"Kimə qarşı güc tətbiq etmək? Özəl şirkətlərə qarşı? Rusiya özünü inkar edəcək, deyəcək ki, bu, bizim deyil, özləri üçün nəsə uydururlar. Bir çox variant nəzərdən keçirilib. Ən sadə ssenari isə Rusiya bayrağı altındakı rus qoşunlarının NATO ölkələrinə daxil olmasıdır. O zaman 5-ci maddədən istifadə edib, cavab verə bilərsiniz. Ruslar, təbii ki, bunu etməyəcəklər".

Bir gün əvvəl "Business Insider" jurnalistləri bildirmişdilər ki, NATO Rusiyanın Şimali Atlantika Alyansına hücumunun mümkün ssenarilərini öyrənir. Jurnalistlər qeyd ediblər ki, xüsusilə, NATO ilə Rusiya Federasiyası arasında hibrid müharibə formatı nəzərdən keçirilir.

Bu arada “Financial Times” qeyd edib ki, Ukraynada müharibəyə son qoyulması Baltikyanı ölkələri risk altında qoyur. Jurnalistlər yazır ki, Rusiya yenidən silahlanma və qoşunların NATO-nun şimal-şərq cinahına köçürülməsi planlarını həyata keçirməyə davam edəcək.

Xalq deputatı Roman Kostenkonun sözlərinə görə, Rusiya Federasiyasının NATO ilə müharibəyə hazır olması birbaşa Ukrayna ərazisində hərbi əməliyyatların necə inkişaf etməsindən asılıdır, çünki Kiyev Moskvanı yorur. Həmçinin, onun sözlərinə görə, ABŞ-ın gələcəkdə Alyansın tərkibində qalıb-qalmaması vacibdir.

Samir

0