Pentaqon rəhbəri Pit Heqset fiziki hazırlıq standartlarında gender əsaslı fərqlərin aradan qaldırılmasını əmr edib.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Nazir qərar verib ki, döyüş mövqelərində olan şəxsi heyət üçün fiziki hazırlıq tələbləri “cinsdən asılı olmayaraq” olmalıdır. Bu qərar, çox güman ki, müvafiq tələblərə cavab verən qadınların sayını ciddi şəkildə azaldacaq", deyə nəşr yazıb.
Sərəncama əsasən, hərbi komandirlərdən 2025-ci ilin oktyabr ayının sonunadək yeni bədən tərbiyəsi standartları tətbiq edilməsi tələb olunur.
"The New York Times" qeyd edir ki, ordunun qadınlar və yaşlı hərbçilər üçün güzəştləri bir neçə illik müzakirələrdən sonra 2022-ci ildə tətbiq edilib. O, bu gün qadın və qadınların fiziki hazırlıq səviyyəsinin fərqli olduğunu bildirib qadınların quru qüvvələrinin döyüş bölmələrində xidmət edə biləcəyini söyləyən Heqset orduda xidmət edən qadınlarla bağlı fikirlərini yenidən nəzərdən keçirmək məcburiyyətində qaldığını bildirib.
Samir