Hindistan ABŞ hakimiyyətinin təhdidlərinə görə Rusiya neftinə alternativ axtarır

DÜNYA
18:10 / 01.04.2025
113

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı mümkün yeni sanksiyalar barədə xəbərdarlıq etməsindən sonra Hindistanın neft emalı zavodları qlobal bazarda alternativ neft mənbələri axtarır.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Bharat Petroleum Corp." və "Hindustan Petroleum Corp." dövlət şirkətləri Yaxın Şərq, Şimal dənizi və Aralıq dənizi kimi regionlardan may ayı tədarükləri üçün əlavə mənbələr axtarırlar”, deyə məqalədə qeyd edilir.

Bundan əlavə, agentlik yazır ki, bir qayda olaraq, növbəti ayda tədarük üçün müqavilələrin imzalanması hazırkı ayın əvvəlində başa çatır.

Amerika mətbuatı Trampın Ukrayna lideri Volodimir Zelenski və Ukrayna haqqında söylədiyi sözlərə görə Rusiya prezidenti Vladimir Putinə qəzəbləndiyini aktiv şəkildə müzakirə edir. ABŞ lideri yaxın vaxtlarda Ukrayna sülh sazişi imzalanmasa, Rusiyadan gələn bütün neftə ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. Ağ Ev rəhbəri Putinin ölkədə seçkilərin keçirilməsi üçün BMT-nin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqi təklifinə belə cavab verib. 

Samir
 

0