Qərbi Avropa ölkələrinin vətəndaşları Donald Tramp administrasiyasının Avropadan idxal olunan mallara rüsumlar tətbiq etmək qərarına cavab olaraq Amerika mallarına və xammalına rüsumların tətbiqini dəstəkləyirlər. Danimarka, Fransa, Almaniya, İtaliya, İspaniya, İsveç və Böyük Britaniyada "YouGov" sorğusuna əsasən, Qərbi Avropalıların əksəriyyəti ABŞ-ın tariflərinin onların iqtisadiyyatlarına zərər verəcəyinə inanır və buna cavab verilməlidir.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Danimarkalılar cavab tariflərinin tətbiqinin tərəfdarıdır - 79%. İsveçdə respondentlərin 73%-i tarifləri dəstəkləyib.
Almaniyada "Porsche", BMW, "Mercedes" kimi şirkətlər Amerikanın tarif siyasətindən ciddi şəkildə təsirlənəcək, Fransada isə bu zərbəni şərab və spirtli içki istehsalçıları hiss edəcək. Bu iki ölkədə respondentlərin 68%-i cavab tariflərinin tərəfdarı olub.
Samir