Tarifləri 380 milyard dəyərində Aİ ixracatına təsir edəcək

DÜNYA
14:27 / 04.04.2025
141

ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən tariflər Avropanın ABŞ-a ixracatının 70%-nə, yəni təxminən 380 milyard avroya təsir edəcək.

HİT.az bu barədə "Politico"ya istinadən xəbər verir. 

Adı açıqlanmayan avropalı diplomat deyib: "Biz panika keçirdiyimiz təəssüratı yaratmamaq üçün dərhal reaksiya verməmək qərarına gəldik".

Jurnalistlər rüsumların Avropa ölkələrindən 26 milyard avro dəyərində polad və alüminium, 66 milyard avro dəyərində avtomobil ixracına və digər ikitərəfli rüsumların ümumilikdə 290 milyard avro dəyərində ixrac mallarına təsir edəcəyini hesablayıblar. Avropanın ABŞ-a ixracatının 70%-nin rüsumlara məruz qalacağı vurğulanır.

Həmçinin, nəşrə görə, ABŞ dövlət xəzinəsini yeni rüsumlar olmasaydı, keçən ilin sonundakı 7 milyard avro ilə müqayisədə 81 milyard avro artırardı.

Bundan əvvəl ABŞ-ın Avropa İttifaqından gələn mallara 20%, Çin Xalq Respublikasından gələn mallara isə 34% rüsum tətbiq etdiyi bildirilirdi. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evin Gül bağında çıxışı zamanı bildirib.

Oxşar tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Cənubi Koreya (25%), Tayland (36%), Tayvana (32%), İsveçrəyə (31%), Yaponiyaya (24%) və digər ölkələrə də təsir edəcək.

Tramp bildirib ki, Amerika administrasiyasının bütün ölkələrə qarşılıqlı gömrük rüsumları tətbiq etməsi ABŞ üçün iqtisadi müstəqilliyin başlanğıcını qeyd edəcək. Onun sözlərinə görə, ölkələr ABŞ-a nə etsə, Vaşinqton da onlara edəcək.

Samir

0