Böyük Britaniyanın Şirli şəhərindəki Müqəddəs Pyotr Anglikan kilsəsində güləş yarışları təşkil edilib.
HİT.az xəbər verir ki, "Wrestling Church" (Güləş Kilsəsi) adlanan bu tədbir 2022-2024-cü illərdə kilsəyə çevrilmiş keçmiş bir gecə klubunda keçirilib. Daha sonra təşəbbüskar Qaret Tompson bu fəaliyyəti həqiqi kilsə binasına köçürmək üçün razılıq əldə edib.
Kilsə xadimləri bu cür tədbirləri camaatın azalması ilə əlaqələndirirlər. Nəticədə ingilislərin yenidən marağını cəlb etmək ehtiyacı yaranıb. Müqəddəs Pyotr kilsəsinin keşişi Nataşa Tomas "Associated Press"ə (AP) verdiyi müsahibədə etiraf edib ki, bəzən risklər etmək lazımdır. O, həmçinin layihənin uğurlu olacağına əmin olmadığını bildirib.
Məlumata görə, güləşə görə gözləntilər özünü doğruldub - kilsədə keçirilən son döyüşü təxminən 200 nəfər izləyib. Döyüşdən əvvəl qısa vəz və dua oxunub. Tədbirin dini hissəsi az sayda camaatın marağını cəlb etsə də, döyüşlərin keçirildiyi ilk il ərzində kilsədə 30 nəfər vəftiz olunub.
Şənbə günləri keçirilən döyüşlərdən əlavə Nataşa Tompson "Kingdom Wrestling" (Krallıq Güləşi) xeyriyyə təşkilatını da yaradıb. Kilsənin arxa otaqlarında böyüklər və uşaqlar üçün məşqlər, qadınlar üçün özünümüdafiə və kişilər üçün ruhi sağlamlıq dərsləri keçirilir.
Samir