Avropa İttifaqı X-i cərimələsə, ABŞ-dan NATO-dan çıxa bilər

DÜNYA
16:02 / 04.04.2025
138

ABŞ Senatının üzvü Mayk Linin (R-Utah) sözlərinə görə, Avropa İttifaqı (Aİ) X sosial şəbəkəsini cərimələmək qərarına gələrsə, Birləşmiş Ştatlar NATO-dan çıxacaq. 

HİT.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində yazıb. 

"Aİ bunu etsə, biz NATO-dan çıxacağıq", deyə deputat dezinformasiyaya görə nəzərdə tutulan cərimə ilə bağlı xəbərə reaksiya verib.

Bundan əvvəl “The New York Times” mənbələrə istinadən yazıb ki, Aİ tənzimləyiciləri qeyri-qanuni məzmun və dezinformasiya ilə mübarizə haqqında qanunu pozmaqda ittiham olunan amerikalı sahibkar İlon Maskın X sosial şəbəkəsinə qarşı böyük cərimələr hazırlayır.

Yanvarda “Handelsblatt” qəzeti Aİ-nin yüksək rütbəli rəsmilərinə istinadən yazıb ki, Maskın sosial şəbəkəsi Avropa Komissiyası tərəfindən yüz milyonlarla dollar cərimə oluna bilər. Nəşr qeyd edib ki, 2023-cü ilin dekabrından sosial şəbəkə ilə bağlı bir sıra araşdırmalar davam edir. X həmçinin Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozmaqda şübhəli bilinir. Məhkəmə sosial şəbəkənin əleyhinə qərar çıxarsa, o, şirkətin illik dövriyyəsinin 6%-i qədər cərimə ödəməli olacaq.

Samir

0