Çin nadir torpaq metallarının ixracını məhdudlaşdırır

DÜNYA
17:25 / 04.04.2025
145

Çin yeddi növ nadir torpaq metallarının ixracına məhdudiyyətlər qoyub. 

HİT.az bu barədə Çin Gömrük Xidmətinin məlumatlarına istinadən xəbər verir.

Samarium, gadolinium, terbium, disprosium, lutetium, skandium və yttrium məhdudiyyətlərə məruz qalıb. Məhdudiyyətlərin əsaslandırılması bu metalların ikili istifadə xüsusiyyətlərinə malik olmasıdır, yəni onlardan kütləvi qırğın silahları yaratmaq üçün istifadə edilə bilər.

Bu arada, Çin ABŞ-ın bütün idxalına 34% rüsum tətbiq etdiyini açıqlayıb. Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının qərarında deyilir.

Çin Dövlət Şurasının Tarif Komissiyası bu addımın ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olduğunu bildirib: "ABŞ-ın hərəkətləri beynəlxalq ticarət qaydalarına uyğun gəlmir və Çinin qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur".

Aprelin 2-də Amerika prezidenti idxal rüsumlarının yeni sisteminin tətbiqi barədə məlumat verib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Rusiya Federasiyasına qarşı heç bir rüsum qoyulmayıb.

Samir

0