Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.
Hit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
“CHP-nin təşkil etdiyi 21-ci fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı. Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi”, deyə məlumatda bildirilib.