ABŞ-da ilginc hadisə: Kişi keçmiş sevgilisinin toyuğunu oğurladı, həbs edildi

DÜNYA
22:35 / 07.04.2025
44

ABŞ-ın Kitsap dairəsində kişi keçmiş sevgilisinin həyətindən toyuq oğurladığı üçün polis tərəfindən saxlanılıb. 

HİT.az xəbər verir ki, hadisə barədə "New York Post" məlumat yayıb.

İnsident martın 29-da baş verib. Dairə şerifinin ofisinə zəng edən həyəcanlı qadın bildirib ki, keçmiş sevgilisi evin arxa qapısını sındıraraq içəri girib və onun sevimli toyuğunu oğurlayıb.

Hadisə yerinə gələn polis əməkdaşları axtarışlar zamanı kişini yaxınlıqdakı meşədə aşkarlayıblar. Polis kamerasından əldə edilən görüntülərdə o, toyuğu möhkəm qucaqlayaraq emosional şəkildə "mənim Polim var" deyə qışqırır və quşa zərər verilməməsi üçün yalvarır.

Polis əməkdaşları vəziyyətə anlayışla yanaşaraq onu sakitləşdirməyə çalışıblar. Qısa danışıqlardan sonra şübhəli şəxs onlarla əməkdaşlıq etməyə razılaşıb. O, toyuğu patrul avtomobilinə yerləşdirdikdən sonra saxlanılıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, toyuq sahibinə sağ-salamat şəkildə qaytarılıb. Kişinin bu hərəkəti ilə bağlı motivlər hələlik aydın deyil. Güman olunur ki, o, bu qeyri-adi yolla keçmiş münasibətinə təsir göstərməyə çalışıb.

Samir

0