Çin nadir torpaq metallarından ABŞ-la ticarət müharibəsində rıçaq kimi istifadə edir.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentlik qeyd edir ki, Çin ABŞ prezidenti Donald Trampın hərəkətlərinə cavab olaraq yeni ixrac məhdudiyyətləri elan edib. Pekinin qərarı onu göstərir ki, Çin səlahiyyətliləri istənilən xaricə daşınmalara, xüsusən də nadir torpaq metallarının son alıcısının kim və nə üçün olduğunu qiymətləndirməyə diqqətlə nəzarət edəcəklər.
Aprelin 2-də Tramp idxal rüsumlarının yeni sistemini təqdim edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin tipik “birtərəfli və proteksionist zorakılıq” olduğunu bildirib.
Samir