Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu, şahzadə Harri atasının xəstəxanaya yerləşdirildiyini mediadan öyrənib.
HİT.az xəbər verir ki, bu barədə "Us Weekly" məlumat yayıb.
Kral mütəxəssisi Matt Uilkinson "A Right Royal Podcast"a bildirib ki, şahzadə Harriyə monarxın xərçəng xəstəliyindən xəstəxanaya aparıldığı barədə şəxsən məlumat verilməyib. O qeyd edib ki, kral ailəsi atası üçün narahat olmasın deyə onu xəbərdar etməmək qərarına gəlib.
"Mənim başa düşdüyüm budur ki, onlar vəziyyəti dramatikləşdirmək istəməyiblər. Onlar bunun olduğundan daha ciddi görünməsinə çalışıblar. Kral III Çarlza xərçəng diaqnozu qoyulanda, Harriyə dərhal xəbər verilib və o, içəri buraxılıb", deyə Uilkinson bildirib.
Martın sonunda Bukingem Sarayının mətbuat xidməti xəbər vermişdi ki, Çarlz III xərçəng müalicəsinin “yan təsirləri” səbəbindən xəstəxanaya yerləşdirilib. Bununla əlaqədar martın 27 və 28-nə nəzərdə tutulan bütün görüşlər ləğv edilib. Lakin qısamüddətli müşahidədən sonra monarx Londondakı iqamətgahı Klarens Hausa buraxılıb.
Samir