ABŞ nə qədər hərbçini Şərqi Avropadan çıxara bilər?

DÜNYA
15:06 / 08.04.2025
119

ABŞ Şərqi Avropadan 10 minə qədər hərbçisini çıxara bilər.

HİT.az xəbər verir ki, NBC telekanalı bu barədə Avropa İttifaqı və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Amerika prezidentinin əvvəlki administrasiyası 2022-ci ildə Ukrayna ilə həmsərhəd Şərqi Avropa ölkələrinə kontingent göndərib. Bölmələrin tərkibinə 20 min nəfərə qədər adam daxil olub.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyasının təxminən 1 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqlədiyini açıqlamışdı. Tramp əlavə edib ki, bu büdcə ABŞ-da hərbiyə indiyə qədər qəbul edilmiş ən böyük büdcə olacaq.

Eyni zamanda, aprelin 5-də Military.com portalı ABŞ Müdafiə Nazirliyinin üç rəsmisinə istinadən məlumat yayıb ki, ölkənin ordu komandanlığı şəxsi heyətin sayının geniş miqyasda azaldılması imkanını nəzərdən keçirir. Söhbət 90 minə yaxın insanın işdən çıxarılmasından gedir.

Samir
 

0