Oğul anasına kömək edərkən 71 min dollarlıq lotereya biletləri tapdı

DÜNYA
22:35 / 08.04.2025
145

ABŞ-da bir kişi anasına evdəki köhnə mebeli tərpətməyə kömək edərkən 50 min dollar qazandıran lotereya bileti tapıb. 

HİT.az xəbər verir ki, bu barədə "UPI" nəşri məlumat yayıb.

Amerikalı kişinin sözlərinə görə, köhnə divanlardan birinin arxasında ailəyə Milad bayramında hədiyyə edilmiş üç ədəd ani uduşlu lotereya bileti aşkarlanıb. O, biletləri tapdıqdan sonra anasından onların qoruyucu örtüyünü silməyə icazə istəyib və əgər uduş olsa, onu bölüşməyi təklif edib.

Evə qayıtdıqdan sonra həyat yoldaşı ilə birlikdə biletləri yoxlayıblar. Birinci bilet 6, ikincisi isə 15 dollar qazandırıb. Üçüncü bilet isə tam 50 min dollar dəyərində uduşla nəticələnib.

"Anam sonda razılaşdığımızdan daha çox pul alacaq", deyə deyə kişi bildirib.

O, həmçinin qazandığı payı ipoteka üçün ilkin ödəniş və borcların, o cümlədən anasına olan borcun ödənilməsinə sərf etməyi planlaşdırdığını deyib. Lotereya nümayəndələri uduşun təsdiqləndiyini və yaxın zamanda qanuni sahibinin hesabına köçürüləcəyini açıqlayıblar.

Samir
 

0