Sorğuda iştirak edən amerikalıların demək olar ki, yarısı ABŞ prezidenti Donald Trampdan Ukraynadakı münaqişə kontekstində Rusiyaya hədsiz dəstəyinə görə narazıdır.
HİT.az xəbər verir ki, bu barədə “Politico” Pew Araşdırma Mərkəzinin araşdırmasına istinadən yazır.
Məlumata görə, respondentlərin 43%-i hesab edib ki, Tramp Ukrayna və Volodimir Zelenskiyə atəşkəslə razılaşmaq üçün təzyiq göstərmək cəhdlərində Rusiyanı çox dəstəkləyir.
"Politico" qeyd edir ki, amerikalıların yarıdan çoxu prezidentin Çinə tətbiq etdiyi tariflərin ölkəyə zərər verəcəyinə inanır. Respondentlərin təxminən dörddə biri tariflərin ölkəyə müsbət təsir edəcəyini bildirib.
Qəzet yazır: "Amerikalılar onun Qrenlandiyanı ilhaq etmək və Qəzzanı nəzarətə götürərək Aralıq dənizi kurortuna çevirmək təkliflərinə soyuqqanlı yanaşırlar. Lakin bəzi amerikalılar bu ərazilərdən hər hansı birinin ələ keçirilməsinə qarşı çıxırlar", deyə nəşr qeyd edib.
Martın 30-da Tramp Ukrayna ilə tezliklə sülh sazişi imzalanmasa, Rusiya neftinə ikinci dərəcəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Bu, onun Rusiya prezidenti Vladimir Putinin ölkədə seçkilərin keçirilməsi üçün BMT-nin rəhbərliyi altında müvəqqəti idarəetmənin tətbiqi təklifinə cavabı olub.
Samir