100-dən çox qıza təcavüz edən pediatr: 1,6 milyard dollar ödəyəcək

DÜNYA
09:31 / 10.04.2025
131

Nyu Yorklu bir pediatr uşaqları cinsi istismara məruz qoyduğuna görə məhkum edilib və 100-dən çox qız onun qurbanı kimi tanınıb. 

HİT.az xəbər verir ki, uzun illər Lonq Aylenddəki kabinetində xəstələrlə görüşən pediatr Stüart Kopperman haqqında şikayətlər 1980-ci illərin əvvəllərində üzə çıxmağa başlayıb. 2000-ci ildə o zaman 65 yaşlı həkim tibb lisenziyasından məhrum edilib, lakin ona qarşı heç bir ittiham irəli sürülməyib.

Bununla belə, klinikada uşaqlıq illərində cinsi zorakılıqla üzləşən yüzə yaxın keçmiş pasiyenti haqq-ədalət uğrunda illər boyu mübarizə aparıb və nəhayət nəticə verib. Ali Məhkəmə keçmiş həkimi onlara ümumilikdə 1,6 milyard dollar ödəməyə məcbur edib. 

Koppermanın qurbanlarından biri deyir ki, həkim 1968-ci ildə, cəmi yeddi yaşı olanda ona təcavüz etməyə başlayıb. O qeyd edir ki, həkimin hərəkətləri nəticəsində yaranan travma onda qidalanma pozğunluğuna, həmçinin erkən yaşda alkoqol və narkotik problemlərinə səbəb olub. 63 yaşlı qadın 25 milyon dollar təzminat alıb və deyir ki, məhkəmənin bitməsi onu həm rahatladıb, həm də məyus edib.

Məhkəmənin qərarına görə, pedofildən 27 milyon dollar almalı olan başqa bir zərərçəkmiş: "Kiminsə bizi eşitdiyini bilmək çox xoşdur. İndi insanlar onun etdiklərinin miqyasını başa düşürlər".

Bəzi qurbanlar onlara verilən təzminat üçün mübarizə aparmaq niyyətindədir, digərləri isə 89 yaşlı Koppermanın onlara dəymiş ziyanı ödəyə biləcəyinə inanmır.

Samir

0