"Yelisey sarayının faciəsi": Arvadı Makrona güclü təsir göstərir

DÜNYA
15:27 / 10.04.2025
151

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ərinə güclü təsir göstərir. 

HİT.az bu barədə jurnalist Olivye Bomontun "Yelisey sarayının faciəsi" adlı yeni kitabına istinadən xəbər verir.

Müəllifin fikrincə, birinci xanımın dolayı yolla da olsa, Makrona ciddi təsiri var.

"O, istənilən məsələdə, o cümlədən cəmiyyətdəki əhval-ruhiyyə ilə bağlı onunla məsləhətləşir. O, bəzi hökumət üzvləri üçün böyük avtoritetdir", deyə kitabda qeyd edilir.

Bomont bildirir ki, Fransa lideri hazırda istefası haqda düşünmür. Jurnalist Makronun ən azı 2032-ci ilə qədər dövlət başçısı vəzifəsində qalmağa çalışacağına əminliyini ifadə edib.

Həmçinin “Yelisey sarayının faciəsi”ndə Fransa prezidentinin odekolondan həddindən artıq istifadə etmək vərdişi olduğu qeyd edilir. Müəllif bildirib ki, siyasətçi mütəmadi olaraq "Christian Dior"dan "Eau Sauvage" istifadə edir". 

Samir

0