ABŞ-də bir qadın ekzotik heyvanlar kolleksiyasını genişləndirmək üçün övladlığa götürdüyü qızını meymunla dəyişib.
HİT.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Missuri ştatında 70 yaşlı Brenda Doyç əvvəllər 200-dən çox uşağa valideynlik etmiş bir qadın kimi, uşaqlara qarşı qəddar davranış və uşaq təhlükəsizliyini təhdid etmə ittihamı ilə məhkəmə qarşısına çıxacaq. İddiaya görə, qadın ekzotik heyvanlar kolleksiyasına yeni bir nümunə əlavə etmək üçün övladlıq qızını əllə bəslənən meymunla dəyişib.
Prokurorluq məlumatına görə, hadisə Texasda baş verib və Doyç uşağı primatla dəyişmək üçün ora göndərib. Prokuror Mayk Vud ən azı iki şahidin belə bir anlaşmanı təsdiq etdiyini bildirib.
"Nə qədər inanılmaz səslənirsə də, əvvəllər də insan alveri halları olub, buna görə də bu işə ciddi yanaşırıq", deyə Vud qeyd edib.
Araşdırma zamanı Missuri Sosial Xidmətlər Departamentinin işində sistemli problemlər də aşkar edilib. Prokurorun sözlərinə görə, qurum Doyçin evindəki uşaqların fiziki və emosional zorakılığa məruz qaldığını göstərən əlamətləri nəzərdən qaçıra bilərmiş.
Sosial Xidmətlər Departamentinin nümayəndəsi Beyli Votts məxfilik qanunlarına istinad edərək işin detalları ilə bağlı şərh verməkdən imtina edib. Hal-hazırda Doyçə üç ittiham irəli sürülüb, lakin prokurorluq yeni dəlillər əldə edildikcə ittihamların artırıla biləcəyini bildirib.
Samir