Birləşmiş Ştatlar Qrenlandiyada iqtisadiyyatın minimal dövlət tənzimlənməsi ilə yüksək texnologiyalı "azad şəhər" qurmaq ideyasını nəzərdən keçirir. Bu, regionun ABŞ-a birləşdirilməsi ilə bağlı mümkün razılaşmanın bir hissəsi ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"Bəzi Silikon Vadisinin texnoloji investorları donmuş adayı "azad şəhər" adlanan yer, minimal korporativ tənzimləmə ilə libertar utopiya kimi təbliğ edirlər", deyə nəşr bildirib.
Agentliyin mənbələri bildiriblər ki, müzakirələr ilkin mərhələdədir, lakin bu ideya ABŞ-ın Danimarkadakı səfiri vəzifəsinə namizəd Ken Hoveri tərəfindən ciddi qəbul edilib və onun yaxın aylarda Konqres tərəfindən təsdiqlənməsi gözlənilir və Qrenlandiyanın alınması ilə bağlı danışıqlara rəhbərlik edəcək.
Gələcək şəhərə süni intellekt mərkəzi, avtonom nəqliyyat vasitələri, kosmosa buraxılışlar, mikronüvə reaktorları və yüksək sürətli dəmir yolu daxil ola bilər.
Aprelin əvvəlində Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın adaya iddialarından sonra demişdi ki, Qrenlandiyalılar heç bir ölkənin adanı almaq təklifini heç vaxt qəbul etməyəcəklər.
Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.
- Samir