Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, Aİ və NATO ölkələri “istəklilərin koalisiyası” formatında Ukraynaya qoşunların göndərilməsini monitorinq və ya sülhməramlıdan tutmuş, mümkün atəşkəsdən sonra missiyaya qədər bir formatda öyrənirlər.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
"Biz monitorinq missiyasına, sülhməramlı missiyaya, çəkindirmə missiyasına, gücləndirmə missiyasına baxırıq", deyə Kallas bildirib.
Onun sözlərinə görə, müzakirələr davam edir:
"Bir sıra ölkələr iştirak etməyə hazırdır, bəziləri isə yox. Amma əsas sual budur ki, sülh olarsa, bizə hansı qüvvə və imkanlar lazım olacaq".
"Bloomberg" daha əvvəl bildirmişdi ki, Fransa və Britaniyanın başçılıq etdiyi Ukraynaya qoşun göndərmək üçün “istəklilər koalisiyası” ABŞ-ın mövqeyinə görə dayanmaq təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, koalisiya Ağ Evdən Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı qəti öhdəliklər ala bilməyib.
Samir