Qadın şəhər meri və oğluna böhtan atmaq üçün görün nə etdi - ŞOK ƏMƏL

DÜNYA
22:36 / 11.04.2025
179

Hindistanda bir qadın şəhər meri və onun oğluna böhtan atmaq məqsədilə adam oğurluğu, qrup şəklində təcavüz və güllə yarası əhvalatını səhnələşdirib. 

HİT.az xəbər verir ki, bu barədə "Times of India" yazıb.

Hadisə Bareyli şəhərində baş verib. 40 yaşlı bir qadın sinəsində güllə yarası ilə xəstəxanaya gətirilib. Qadın iddia edib ki, mer və onun oğlunun əmri ilə beş kişi onu tibbi müəssisə yaxınlığında qaçırıb, maşında zorlayıb və sonra hücumçulardan biri merin oğlu Part Qautamın əmrinə əsasən ona atəş açaraq ölümə tərk edib.

Lakin təhlükəsizlik kameralarının görüntüləri onun ifadələrini təkzib edib. Polis rəisi Anuraq Arya bildirib: "Kadrlarda görünür ki, qadın xəstəxanaya avtorikşa ilə gəlib, qaçırılmayıb".

Ekspertiza da onun paltarında barit izləri aşkar etməyib, tibbi yoxlama isə güllənin dəlik açmadan dəri altına yerləşdirildiyini göstərib.

Daha sonra aparılan sorğu-sual zamanı hiylənin detalları üzə çıxıb. Məlum olub ki, qadın xəstəxana işçisi Rohatşaya müraciət edərək bir mənbədən güllə çıxartmağı xahiş edib, sonra Hacipur kəndinə gedib və yerli həkim Şərif Xan 2500 rupi qarşılığında onun dərisinin altına güllə yerləşdirib.

Polis araşdırması göstərib ki, motiv şəxsi intiqam ola bilər: əvvəllər merin həyat yoldaşı bu qadını ev işçisi vəzifəsindən çıxarıb. İndi hindli qadın və onun köməkçilərinə böhtan və yalan ifadə verməyə görə həbs cəzası təhdid edir.

Samir

0