"Daily Mail": Rusiya Britaniyanı qaranlığa qərq edə bilər

DÜNYA
17:20 / 11.04.2025
144

Rusiya Böyük Britaniyada elektrik enerjisini kəsə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazır.

Məqalədə deyilir: "Britaniya geniş qaz kəmərləri, elektrik kabelləri və külək stansiyaları şəbəkəsinə güvənir, lakin bunların bir çoxu dənizin dibi boyunca çəkilib və əsasən qorunmur".

Nəşr qeyd edib ki, Britaniyanın sualtı infrastrukturunun ən mühüm komponenti Viking Link elektrik kabelidir. Jurnalistlərin fikrincə, Rusiya hərbçiləri onu asanlıqla zədələyə bilər və bu, bütün krallıqda elektrik enerjisinin kəsilməsinə səbəb olacaq.

Qəzet əlavə edib ki, xüsusi narahatlığa kabel xəttinin keçdiyi ərazidə Rusiyanın “Yantar” okeanoqrafik gəmisinin tapılması səbəb olub.

Yanvarda “Express” qəzeti yazıb ki, Britaniya hərbçiləri krallıq sahillərində Rusiya gəmilərini saxlamağa hazırdırlar. Nəşrin məlumatına görə, gəmilər sualtı boru kəmərlərini və kabelləri zədələmək kimi şübhəli hərəkətlərə yol verərsə, belə bir tədbir tətbiq oluna bilər.

Samir

0