İtaliyalıların sevdiyi cazibədar dənizkənarı şəhərcik: Nəyə görə diqqət çəkir?

DÜNYA
22:55 / 14.04.2025
119

Sakit dəniz, möhtəşəm qayalıq və UNESCO irsi - Siciliyanın Tirren sahilində yerləşən Çefalu həm yerli, həm də xarici turistlərin sevimli istirahət məkanına çevrilib. Əhalisi təxminən 14 min nəfər olan bu kiçik şəhər, Palermo şəhərindən 70 kilometr şərqdə yerləşir.

HİT.az xəbər verir ki, "Daily Express" nəşrinin yazdığına görə, Çefalu bölgənin əsas turistik yerlərindən biridir. Ölçüsünə baxmayaraq, hər il Siciliya, İtaliya və Avropanın dörd bir yanından milyonlarla turisti cəlb edir.

Şəhər ərazisində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr – ərəb-norman üslublu Palermo və Çefalu ilə Monreale kafedralları yerləşir. Bu kompleksə XII əsrə aid doqquz dini və mülki tikili daxildir. Şəhərin üzərində isə 270 metr hündürlüyə malik nəhəng qaya ucalır. Finikiyalılar bu qayalığı "Herkules burnu" adlandırırdılar. Qayanın üzərində qədim su kultuna bağlı olan Diana məbədi yerləşir. Bu meqalitik tikiliyə yaxın ərazidə e.ə. IX əsrə aid su anbarı da var.

Şəhər mərkəzindən uzaq olmayan işıqlandırılmış bir cığır sıldırım qayalıqlar boyunca uzanır. Gün batımını seyr etmək və istirahət üçün bu yer xüsusilə tövsiyə olunur.

Çefalunun çimərlikləri Siciliya sahillərinin ən məşhurları sırasındadır. Şəhərin əsas küçəsi tarixi liman binalarına açılır. Kaladura - çınqıllı və sakit bir körfəz, Sant-Ambrodjo isə böyük qumlu sahil zolağıdır.

"The Thinking Traveller"in məlumatına görə, Çefalu həm qumlu sahilləri, həm də müxtəlif mağazalarla əhatə olunmuş orta əsr küçələri ilə ziyarətçilərə çoxsaylı imkanlar təqdim edir. Burada həmçinin təzə balıq yeməkləri təqdim edən möhtəşəm restoranlar da var.

Regionun məşhur yeməklərindən biri "pasta a tayanu"dur. Bu yemək qızardılmış badımcan, ət, şam fındığı, kişmiş və pekorino pendiri ilə hazırlanaraq, qat-qat gilin qabda bişirilir.

Çefalu mətbəxi şəhərin memarlığını da əks etdirir. Məsələn, "karne murata" adlı yemək norman qalasını xatırladan, ət, soğan və kartofun laylar şəklində düzülməsi ilə hazırlanır və üzəri təzə reyhan, oregano və istiotla bəzədilir.

Samir

0