Çində bir qadın bir il ərzində altı dəfə işdən bir dəqiqə tez çıxıb və işdən qovulub. Lakin o, işdən çıxarılmanın ədalətsiz olduğunu məhkəmədə sübut edə bildi.
HİT.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Bu ilin əvvəlində Vanq adlı Quanqdonq sakini Quançjouda yerləşən bir şirkətə qarşı məhkəmə iddiası qaldırıb. O, firmada üç il işləmiş və yaxşı peşəkar reputasiyaya malik olhub, lakin keçmiş işəgötürən qəfildən onu işdən çıxarmaq qərarına gəlib.
İnsan resursları meneceri Vanqa telefonla deyib ki, ofisin CCTV görüntüləri onun təyin olunmuş vaxtdan bir dəqiqə əvvəl masasını tərk etdiyini göstərir. Bu, keçən il bir ay ərzində altı dəfə baş verib və dərhal işdən azad olunmaq üçün əsas olub. Bundan sonra Vanq yerli əmək hüquqları orqanına şikayət etdi və şirkəti məhkəməyə verib.
Məhkəmə iclasında bildirilib ki, işəgötürən qadına baş vermiş qanun pozuntuları barədə xəbərdarlıq etməyib və onu qəfil işdən çıxarmaq hüququna malik deyil. Məhkəmə Vanqın işdən çıxarılmasının qanunsuz və əsassız olduğuna qərar verib. Nəticədə Vanqa təzminat verilib, məbləği göstərilməyib.
Samir