Danimarka ABŞ-la müdafiə sazişini ləğv edə bilər

DÜNYA
15:40 / 14.04.2025
150

Kopenhagen ABŞ NATO-dan çıxacağı təqdirdə, Danimarka ərazisində Amerika hərbçilərinin olması ilə bağlı Vaşinqtonla müdafiə sazişini ləğv edə bilər.

HİT.az xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen TV2-yə deyib.

"ABŞ NATO-nu tərk edərsə, Danimarka Amerika hərbçilərinin Danimarka torpaqlarında olması ilə bağlı razılaşmanı ləğv edə bilər", deyə nazir bildirib.

Eyni zamanda, Danimarka XİN rəhbəri hesab edir ki, ABŞ-ın NATO-dan tezliklə çıxmasını göstərən heç bir əlamət yoxdur.

Martın sonunda ABŞ prezidenti Donald Tramp ABŞ hökumətinin Danimarka krallığının bir hissəsi olan Qrenlandiyanı muxtariyyət əsasında əldə etmək məqsədinə nail olacağını bəyan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun hərbi güc tətbiq etmədən bunu edə biləcəyi ehtimalı yüksəkdir.

Samir

0