ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya təhvil verməyi təklif edir - KİV

DÜNYA
15:05 / 15.04.2025
89

İranın nüvə proqramı ilə bağlı Omandakı ABŞ müzakirəçiləri Tehrana yüksək zənginləşdirilmiş uran ehtiyatlarını Rusiya kimi üçüncü ölkəyə təhvil verməyi təklif ediblər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

"The Guardian" yazır ki, gələcək razılaşmaya əsas maneə kimi görünən məsələ Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında ilkin, əsasən dolayı yolla danışıqlarda qaldırılıb. Qəzet məlumat mənbələrini göstərmir.

ABŞ-İran danışıqlarının birinci mərhələsi aprelin 12-də Omanda baş tutub. İran nümayəndə heyətini İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib. İki saat yarımdan çox davam edən görüşdə tərəflər İranın nüvə proqramı və İrana qarşı sanksiyaların ləğvi məsələsi ilə bağlı mövqe mübadiləsi aparıblar.

2018-ci ildə Donald Trampın prezident kimi ilk dövründə ABŞ İranın nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planından çıxıb. İran və altı vasitəçi ölkə (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında 2015-ci ildə bağlanıb və Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu. Buna cavab olaraq İran texnoloji imkanlarını və yüksək zənginləşdirilmiş uran ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb.

Samir

0