7 nəfərlik avtomobillər yüksək praktikliyi ilə seçilir və böyük ailəyə malik sürücülər üçün ideal seçim sayılır. Lakin ikinci əl bazarda keyfiyyətli model tapmaq hər zaman asan olmur.
HİT.az xəbər verir ki, böyük krossoverlər və praktik minivenlər bu reytinqə daxil edilib. "What Car?" nəşrinin ekspertləri fikirlərinə əsasən, ən yaxşı 10 işlənmiş 7 nəfərlik avtomobili müəyyən ediblər və lider modelin üstünlüklərini izah ediblər.
İşlənmiş 7 nəfərlik avtomobillər üzrə TOP-10:
1. Peugeot 5008
2. Audi Q7
3. Citroën Grand C4 SpaceTourer
4. Volvo XC90
5. Skoda Kodiaq
6. Hyundai Santa Fe
7. Kia Sorento
8. Ford Galaxy
9. Volkswagen Touran
10. Ford S-Max
Reytinqin lideri olan "Peugeot 5008" modeli ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Onların fikrincə, bu avtomobil geniş və rahat interyeri, xoş idarəetməsi və qənaətbəxş etibarlılığı ilə seçilir. Dezavantajlarına isə zəif multimedia sistemi və təchizat səviyyəsinin orta olması daxildir. Buna baxmayaraq, "Peugeot 5008" ailəli sürücülər üçün ideal seçim sayılır.
Samir