"AUE" qadağasından sonra "oğru"lar Rusiyanı tərk edib

DÜNYA
15:43 / 16.04.2025
143

Rusiya Federasiyasında “AUE” (Arestantskoe Urkaqanskoe Yedinstvo – Məhkumların Oğru Birliyi)  hərəkatının ekstremist təşkilat elan edilməsindən sonra ölkənin kriminal aləmində mühüm dəyişikliklər baş verib.

Hit.az Rusiya mənbələrinə istinadən məlumat verir ki, hərəkatın qadağan olunmasından sonra bir çox “qanuni oğru” ölkə ərazisini tərk edərək əsasən Türkiyə və İspaniyaya köçüb. Hazırda onların böyük əksəriyyəti Rusiyaya geri dönmək niyyətində görünmür. Kriminal qruplaşmaların məşhur toplantıları – “sxodkalar” da artıq onlayn formatda keçirilir.

Məlumata əsasən, son illərdə “qanuni oğru” statusuna dair bəzi anlayışlar Rusiya daxilində ya dəyişdirilib, ya da daha da sərtləşdirilib. Artıq saxlanılma zamanı şəxs özünün “qanuni oğru” statusuna sahib olduğunu bildirmək məcburiyyətində deyil. Həmçinin ümumi kriminal toplantılar artıq məcburi xarakter daşımır. Bu dəyişikliklər fonunda bir sıra kriminal avtoritetlər qeyri-leqal fəaliyyətdən uzaqlaşaraq biznes sahəsinə keçid ediblər. 

Abbas 

0