ABŞ Dövlət Departamenti xaricdəki 30-a yaxın diplomatik missiyanı bağlamağı nəzərdən keçirir.
HİT.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır.
Söhbət Avropa və Afrika ölkələrindəki diplomatik nümayəndəliklərdən gedir: Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya və digər ölkələr.
Həmçinin Fransa, Almaniya, Yunanıstan, İtaliya, Cənubi Afrika və Böyük Britaniyada konsulluqların sayının azaldılması təklif edilir.
Nəşrin fikrincə, bu planlar reallaşarsa, ABŞ Avropa, Afrika və Şərqi Asiyadakı diplomatik nümayəndəliklərinin sayına görə birinci yeri Çinə verəcək.
Samir