Fransız diplomatlar Ağ Evin Oval kabinetində mübahisə etdikdən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampa məktubunun hazırlanmasına kömək ediblər.
HİT.az bu barədə “Politico”ya istinadən xəbər verir.
“Fransız diplomatları Zelenskinin Trampa barışdırıcı məktubunun şərtlərinin razılaşdırılmasında vasitəçi kimi çıxış etdilər", deyə bir fransız rəsmisi bildirib.
Qeyd olunur ki, üç Avropa ölkəsinin - Fransa, Böyük Britaniya və Almaniyanın diplomatları ABŞ və Ukrayna liderləri arasında mübahisədən sonra münasibətləri necə bərpa etmək barədə düşünürdülər.
Tramp və Zelenski arasında fevralın 28-də Ağ Evdə baş tutan görüş, Amerika liderinin ukraynalı həmkarını ABŞ-a hörmətsizlik və minnətdarlıq etmədiyinə görə qınamasından və Vaşinqton olmadan Kiyevin “güclü kartların” olmadığını deyərək atəşi dayandırmaqdan imtina etdiyinə görə tənqid etməsindən sonra vaxtından əvvəl başa çatıb. Ardınca Zelenskidən mətbuat konfransını və nadir torpaq metalları ilə bağlı sazişin imzalanmasını ləğv edərək Ağ Evi tərk etməsi tələb olunub.
Samir