Filippində turist "yadplanetli"yə bənzəyən sirli dəniz canlısının şəklini çəkib.
HİT.az bu barədə "Mirror"a istinadən xəbər verir.
Turist Kristofer Yanq Luzondakı Kala Laya kurortunda istirahət edərkən qeyri-adi dəniz canlısı ilə qarşılaşıb və onu elmi fantastika filmindəki canlı ilə müqayisə edib. Səhər saatlarında kişi sahildə gəzərkən suda qəribə hərəkət edən obyektin diqqətini çəkib.
"Əvvəlcə mən bunun üzən plastik torba olduğunu düşündüm. Lakin yaxından yoxlayandan sonra onun canlı bir şey olduğunu başa düşdüm. Sanki Dune-dən çıxıb", deyə o əlavə edib.
Sosial şəbəkələrdə yayılan görüntülər böyük reaksiyalara səbəb olub. Bəzi istifadəçilər məxluqu "kabus" adlandırıb, bəziləri isə onun "yadplanetli qonaq" olduğunu zarafatyana salıblar. Bununla belə, onu dəniz xiyarının, dibindəki üzvi qalıqlarla qidalanan onurğasız heyvan kimi tanıyanlar da var.
Kristoffer üçün bu görüş sualtı dünya haqqında nə qədər az bildiyimizi xatırladıb: "Belə kəşflər təxəyyülü həyəcanlandırır. Kim bilir okeanın dərinliklərində daha hansı sirləri gizlədir?".
Samir