ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri tərəfindən dəstəklənən Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti 80 mindən çox əsgər toplayır.
HİT.az xəbər verir ki, u barədə Körfəz Araşdırma Mərkəzi və bir sıra ərəb KİV-ləri məlumat yayıb.
Ölkənin qərb sahilində yerləşən Hodeyda limanını husilərdən geri almaq üçün böyük hücum planlaşdırılır. Bu, 2017-ci ildən bəri Yəməndə vətəndaş müharibəsində ən böyük hücum olacaq. Onun uğuru yaxınlıqdakı gəmilərə edilən terror hücumlarını dayandıracaq və gələcək əməliyyatlar üçün paytaxt Sənanı geri almaq üçün imkanlar yaradacaq.
ABŞ, Səudiyyə Ərəbistanı və digər ölkələrin bu hücumda hansı rol oynayacağı hələ də bəlli deyil. ABŞ Hərbi Hava Qüvvələri artıq husilərin nəzarətində olan ərazilər üzərində kəşfiyyat uçuşları ilə Yəmən qüvvələrinə dəstək verir. Amerika pilotsuz təyyarələri və təyyarələrinin terrorçuların mövqelərinə son zərbələri də hücuma hazırlıq ola bilər.
Samir