"Netflix"in gəlirləri artdı: 10,5 milyard dollara çatdı

DÜNYA
11:58 / 18.04.2025
91

"Netflix" 2025-ci ilin birinci rübünə dair maliyyə hesabatını açıqlayıb.

HİT.az xəbər verir ki, bəyanata görə, şirkətin gəliri cari ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 10,5 milyard dollara çatıb. Şirkət 2024-cü ilin ilk rübündə 9,4 milyard dollar gəlir əldə etmişdi.

"Netflix" gələn rübdə gəlirinin 11,04 milyard dollara yüksələcəyini proqnozlaşdırır.

Şirkətin xalis mənfəəti də ötən ilin ilk rübü ilə müqayisədə təxminən 24 faiz artaraq 2,9 milyard dollara yüksəlib. 2024-cü ilin eyni dövründə bu rəqəm 2,3 milyard dollar təşkil etmişdi.

Ötən ilin ilk rübündə hər səhmə düşən gəliri 5,28 dollar olan "Netflix"in bu göstəricisi cari ildə 6,61 dollara yüksəlib.

Şirkətin mənfəət və gəliri bazar gözləntilərindən yüksək olub.

Hazırda dünya üzrə ümumi abunəçi sayı 300 milyonu keçən "Netflix"in bu rübə dair hesabatında abunəçi sayına dair məlumat verməməsi isə diqqət çəkib.

Samir

0