Fransalı siyasətçi: Trampın nümayəndələri Parisdəki danışıqlarda Makronu aşağıladı

DÜNYA
19:26 / 18.04.2025
86

"ABŞ rəsmiləri Fransa prezidenti Emmanuel Makronu Parisdə alçaldıb və Ukraynadakı münaqişənin həlli kontekstində ona sülh dərsi verib".

HİT.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

"Əslində, dünən Makron üçün çox alçaldıcı bir gün idi: Trampın iki nümayəndəsi Parisin mərkəzində ona sülh dərsi keçdi", deyə o vurğulayıb.

Avropa ölkələri Ukrayna münaqişəsinin həlli üçün danışıqlar prosesinə qoşulub. Aprelin 17-də Parisdə müxtəlif iştirakçılarla, o cümlədən ABŞ, Avropa İttifaqının rəhbərləri, Böyük Britaniya, Ukrayna nümayəndə heyəti ilə görüşlər keçirilib. Yelisey Sarayı danışıqları "məhsuldar və konstruktiv" adlandırıb və Emmanuel Makron sülhə nail olmaq üçün "səyləri ikiqat artıracağına" söz verib. 

Dövlət Departamenti danışıqlarçılara və Rusiyaya "davamlı və uzunmüddətli sülhün konturlarını" çatdırıb və Moskva ABŞ-la təmasları davam etdirməyə hazır olduğunu bildirib.

Samir

0