Hindistanda vəhşi filləri izləmək üçün tətbiq yaradılıb - İnsanları xilas edir

DÜNYA
21:32 / 18.04.2025
90

Mərkəzi Hindistanın quraq meşələrində yerli sakinlər fillərin izinə düşürlər - onları qovmaq üçün deyil, yaxınlıqdakı kəndləri heyvanların yaxınlaşması barədə vaxtında xəbərdar etmək üçün. Bu könüllülər "fil dostları" adlandırılır və hindistanlı alimlərin "Kalpvaig" şirkəti ilə birlikdə yaratdığı erkən xəbərdarlıq sisteminin əsas iştirakçılarıdır. Bu texnologiya artıq insanlar və vəhşi heyvanlar arasında ölümcül qarşıdurmaların sayını azaltmağa kömək edir. 

HİT.az xəbər verir ki, bununla bağlı məqalə "Nature" jurnalında dərc olunub.

Çhattisqarx ştatında fəaliyyət göstərən könüllülər hər gün meşələrdə gəzərək fillərin izlərini, nəcislərini və hətta onların çıxardığı aşağı tezlikli uğultudan yaranan torpaq titrəyişlərini izləyirlər. Topladıqları məlumatları dərhal xüsusi mobil tətbiqə daxil edirlər. Proqram bu informasiyanı analiz edir və yaxınlıqdakı kənd sakinlərinə xəbərdarlıq göndərir.

"Fildəstə haradadırsa, biz dərhal tətbiqdə məlumatı yeniləyirik", deyə könüllülərdən biri olan Bhuvan Yadav bildirib.

Xəbərdarlıq sistemi artıq müsbət nəticələr verir: onun tətbiqindən sonrakı bir il ərzində Udanti-Sitanadi bölgəsində fillərin hücumu nəticəsində zərərçəkənlərin sayı 5-dən 1-ə enib. Bu, fillərin Hindistanda ümumi sayının cəmi 1 faizini təşkil etməsinə baxmayaraq, bəzi bölgələrdə ölüm hallarının 15 faizə qədərindən məsul olduqları nəzərə alınarsa, əhəmiyyətli bir irəliləyiş sayılır.

Sistemin istifadəçiləri fillər 5 kilometr radiusda olduqda SMS və səsli zənglər vasitəsilə xəbərdar olunurlar. Kəndlərdə əlavə olaraq səsucaldıcılar işə salınır və bu, "ikinci müdafiə xətti" kimi çıxış edir.

Tədqiqatçılar hesab edirlər ki, bu rəqəmsal sistem göstərir ki, texnologiya və könüllülərin iştirakı insan həyatını xilas edə bilər, vəhşi heyvanlara isə zərər yetirmədən. Fillər vaxtında müşahidə olunduqda, öz əraziləri uğrunda mübarizəyə ehtiyac qalmır və insanlar nəhəng canlılarla qarşılaşmaq riski daşımırlar.

Samir

0