Finlandiyanın ucqar şimalında sərhəd turizmi qaydalarının pozulması ölkə polisinin ciddi narahatlığına səbəb olub.
HİT.az xəbər verir ki, bu barədə "Yle" teleradio şirkəti məlumat yayıb.
Pasxa bayramı günlərində Kilpisjarvi kəndində qar arabası sürməyə gələn norveçli turistlərin sayı yerli sakinlərin sayından 5 dəfə çox olub. Norveçlilər icazə verilən marşrutlardan yayınaraq mövcud sürücülük qaydalarına açıqca məhəl qoymurlar.
Nəticədə Finlandiya polisi kəndin yaxınlığında reydlər keçirməyə məcbur olub, onlar əsasən azyaşlılardan ibarət onlarla norveçli qanun pozucusunu saxlayıblar.
Samir