CNBC-nin sorğusuna görə, ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətlərinə dair reytinqləri onun bütün prezidentlik karyerasında ən pis səviyyəyə düşüb.
HİT.az-ın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, amerikalıların 44%-i Trampın prezident kimi fəaliyyətini bəyənir, 51%-i isə buna qarşıdır. Amerika liderinin iqtisadi baxımdan fəaliyyətini cəmi 43% dəstəkləyib, vətəndaşların 55%-i isə dövlət başçısının kursunu mənfi qiymətləndirib.
Kanalın saytı yazır ki, Trampın yenidən seçilməsi ilə müşayiət olunan iqtisadi nikbinlik artımı indi səngiyib. İndi getdikcə daha çox amerikalı iqtisadiyyatın 2023-cü ildən başlayaraq hər zamankindən daha pis olacağına inanır.
Samir