Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, bu, ABŞ-ın ticarət tarifləri səbəbindən getdikcə gözlənilməz olan qlobal vəziyyət fonunda baş verir.
"Getdikcə gözlənilməz qlobal mühitdə ölkələr bizimlə əməkdaşlıq etmək üçün sıraya girirlər", deyə fon der Leyen bildirib.
Onun sözlərinə görə, qlobal nizam indi Soyuq müharibənin bitməsindən bəri hər zaman olduğundan daha dərin dəyişikliklərə məruz qalır.
Bundan əvvəl "Times" qəzeti Böyük Britaniyanın baş naziri Kir Starmerin Avropa İttifaqı ilə böyük ticarət sazişi bağlamağa yaxın olduğunu yazıb.
Fon der Leyen həmçinin bildirib ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra hamının bildiyi kimi Qərb mövcud olmağı dayandırıb.
Samir