AVIC AG600 amfibiya təyyarəsi Çində sertifikatlaşdırılıb və onun həm mülki, həm də hərbi tətbiqlərdə istifadəsinə yol açıb.
HİT.az xəbər verir ki, bu barədə "FlightGlobal" məlumat yayıb.
AG600 dünyanın ən böyük dəniz təyyarəsi hesab olunur. Uzunluğu 36,9 m, eni isə 38,8 m-dir. Təyyarə 20 saniyəyə 12 ton suyu bortuna götürə bilir. AG600-ün maksimal sürəti 560 km/saatdır.
Çinlilər hesab edirlər ki, AG600 onlara meşə yanğınları ilə daha effektiv mübarizə aparmağa və xilasetmə əməliyyatlarını həyata keçirməyə kömək edəcək. Çin ordusu da öz növbəsində ondan dəniz patrulu üçün istifadə etmək istəyir.
Çin Rusiya Federasiyasının müttəfiqi hesab edilsə də, rusların özləri Çinin yeni inkişafı ilə həyəcanlanmırlar. Rusiya mətbuatı təəssüflə etiraf edir: "Rusiyaya məxsus unikal Be-200 təyyarəsinin əsl rəqibi var".
Məsələ burasındadır ki, AG600 həm maksimum uçuş çəkisinə (53,500 kq-a qarşı 43,000 kq), həm də uçuş məsafəsinə görə Be-200-dən üstündür.
Məlumdur ki, Be-200-ün faydalı yük kütləsi 5000 kq yük, həmçinin çənlərdəki 12 kubmetr sudur (su çənlərinin səkkiz bölməsi, eyni vaxtda və ya ardıcıl boşalma imkanı ilə).
Samir