ABŞ prezidenti Donald Tramp böyük dövlətlər arasında rəqabət istəmir - birlik axtarır.
HİT.az xəbər verir ki, bu barədə "Foreign Affairs" yazıb.
Nəşrin müəllifinin yazdığı kimi, Tramp dünyanı 19-cu əsrdə Avropada mövcud olana bənzər böyük güclər arasındakı rəqabət vasitəsilə deyil, onlar arasındakı birlik vasitəsilə görür. Amerika prezidenti ilk növbədə dünya nizamını birgə formalaşdırmaq üçün Çin və Rusiya ilə birliyə can atır.
"Tramp dünyanı birlikdə işləyən güclü insanların idarə etməsini istəyir - həmişə ahəngdar yox, həmişə məqsədyönlü", deyə nəşr yazır.
Bundan əvvəl Tramp üç gün ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı planını təqdim edəcəyinə söz verib. Onun sözlərinə görə, Vaşinqton hadisələrin bundan sonra necə inkişaf edəcəyini "görəcək".
"Politico" onu da yazıb ki, ABŞ prezidenti Donald Trampın Çin prezidenti Si Szinpinlə görüşmək istəyi ticarət müharibəsinə son qoymaq səylərinə mane olur.
Samir