"The Economist": Almaniyada fikir azadlığı təhlükə altındadır

DÜNYA
18:48 / 22.04.2025
45

Dünyanın ən nüfuzlu jurnallarından biri olan Britaniyanın "The Economist" jurnalı Almaniyada ifadə azadlığının getdikcə daha çox təzyiq altında qaldığı barədə xəbərdarlıq edir. Bunun səbəbləri təkcə qanunlar və məhkəmə qərarları deyil, həm də tənqidə ümumi münasibətdir ki, bu da nəşrin fikrincə, liberal demokratiya kontekstində suallar doğurur.

HİT.az xəbər verir ki, əsas diqqət sağçı populist "Deutschland-Kurier" nəşrinin baş redaktoru, jurnalist David Bendelsin işidir. O, Almaniyanın daxili işlər naziri Nensi Feserin üzərində "Mən fikir azadlığına nifrət edirəm" yazısı olan saxta fotonu yayıb. Nensi Feser şikayət edib və məhkəmə jurnalisti 7 aylıq sınaq müddəti, cərimə və rəsmi üzr istəməsi barədə qərar çıxarıb. "The Economist" öz növbəsində qeyd edir ki, sosial şəbəkələrdə belə görüntülərə çox rast gəlinir.

Britaniya nəşri xüsusilə son illərin hüquqi tendensiyalarından narahatdır. Məsələn, siyasətçilərin ünvanına təhqirlər, məhkəmənin fikrincə, bu siyasətçilərin işinə mane olarsa, xüsusilə sərt şəkildə cəzalandırıla bilər. Almaniya hökuməti isə yalan məlumatların yayılmasına nəzarəti gücləndirmək istəyir. "The Economist" xəbərdarlıq edir ki, vəziyyət daha da irəli gedə bilər.

Nəşr həmçinin sosiologiyaya istinad edir: Allensbax İnstitutunun sorğusuna əsasən, 2024-cü ildə almanların yalnız 40%-i öz fikirlərini sərbəst ifadə edə bildiyini hiss edib. Bu, 1990-cı illə müqayisədə iki dəfə çoxdur.

Samir

0