"Tramp müharibənin mahiyyətini anlamır, sadəcə gündəmdən silinməsini istəyir"

DÜNYA
17:10 / 22.04.2025
49

ABŞ prezidenti Donald Trampın 2018-2019-cu illərdə milli təhlükəsizlik üzrə müşaviri olmuş Con Boltonun sözlərinə görə, hazırkı administrasiya dövründə ABŞ NATO-dan çıxa bilər. 

HİT.az xəbər verir ki, o, bu barədə Teleqraf.com-a müsahibəsində bildirib.

"Tramp 2018-ci ildə Brüssel sammiti zamanı az qala bunu edəcəkdi, indi də edə bilər", deyə keçmiş müşavir bildirib.

Onun sözlərinə görə, NATO-nun Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə və ya onun Alyansa üzvlüyünə qarşı çıxmaqla Tramp yanlış mövqe seçib, çünki bu, Rusiyaya güzəştdir.

"Və belə güzəştlərə getməyə hazırlaşsanız belə, danışıqların əvvəlində deyil, sonunda edilməlidir. Bu, bir daha onu göstərir ki, Tramp bu müharibənin mahiyyətini anlamır. O, sadəcə olaraq, bunun öz gündəmindən silinməsini istəyir. Bu isə o deməkdir ki, onun necə həll olunacağına əhəmiyyət vermir. Bu, həm ABŞ, həm də Ukraynanın təhlükəsizliyi üçün çox təhlükəlidir", deyə Bolton bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyanın prezidenti Vladimir Putinin keçmiş KQB üzvü kimi Trampı necə manipulyasiya etməyi bilir və bir neçə aydır bunu edir, Tramp isə bunu heç dərk etmir:

"O, dostu ilə danışdığını düşünür. Putin isə heç də dostluğa əhəmiyyət vermir. O, sadəcə Rusiyanın milli maraqlarını təbliğ edir. Tramp bunu görmür".

Ona görə də Boltonun fikrincə, Putinin atəşkəs və ya ciddi danışıqlara nail olmaq üçün tələsməyinin mənası yoxdur, çünki o, birbaşa Trampla və ya onun asanlıqla manipulyasiya etdiyi Stiv Uitkofla danışa bilər. Eyni zamanda, Boltonun fikrincə, bu, heç bir uzunmüddətli tendensiya göstərmir:

"Bu, sadəcə Trampın Amerika siyasətində aberrasiya olması faktının əksidir. O, hələ 45 aydır vəzifədədir, lakin bu, əbədi deyil".

Keçmiş müşavirin sözlərinə görə, ABŞ-ın hazırkı prezidentinin səlahiyyət müddəti başa çatdıqda, biz çox güman daha ənənəvi Amerika mövqelərinə qayıdış görəcəyik. Eyni zamanda, hazırda Trampın vura biləcəyi zərəri azaltmağa çalışmaq vacibdir.

Samir

0