İsveçrə öz kiçik ərazisinə baxmayaraq, turistlərə müxtəlif istirahət imkanları təqdim edir. Lakin bu Alp ölkəsi Avropanın ən bahalı bölgələrindən biri sayılır və burada tətil etmək hər kəs üçün əlçatan deyil.
HİT.az xəbər verir ki, məhz bu səbəbdən turizm üzrə "Travel Off Path" nəşrinin ekspertləri İsveçrəni xatırladan, lakin daha əlverişli və az adamlı üç məkanı diqqətə çatdırıblar: bavariya (Almaniya), Sloveniyanın Yuliya Alpları və Rumıniyanın Transilvaniya bölgəsi.
1. Bavariya, Almaniya
Avstriya və İsveçrə arasında yerləşən Alp dağları Almaniyanın cənubundakı Bavariya bölgəsində də ecazkar mənzərələrlə müşahidə olunur. Burada yerləşən "Zuqşpitsə" – Almaniyanın ən yüksək zirvəsi, ətrafındakı büllur kimi göllərlə turistlərin sevimli məkanına çevrilib. Berxtesqaden Milli Parkı, Königssee gölü və yay-yayla yolları ilə məşhurdur.
Bavyera Alplarında yerləşən “Romantik yol” isə 366 kilometrlik turist marşrutudur. Bu yol boyu faxverklə tikilmiş evləri olan şəhərciklər, dağ vadiləri və meşə mənzərələri turistləri valeh edir. Marşrut Füssen şəhərində başa çatır və buradan "Disney" loqotipindəki məşhur qəsrin prototipi sayılan "Noyşvanştayn" qəsrinə getmək çox asandır. Burada 3 ulduzlu oteldə gecələmək orta hesabla 90 avroya başa gəlir.
2. Sloveniyanın Yuliya Alpları
Mərkəzi Avropanın kiçik ölkəsi olan Sloveniyada yerləşən Yuliya Alpları dişli zirvələri, yaşıl vadiləri və əyri çay axınları ilə İsveçrə təbiətinə bənzəyir, lakin daha sərfəlidir. Bu bölgənin əsas simvolu Bled gölüdür – ortasında ada və ada üzərində yerləşən cazibədar kilsə ilə məşhurdur.
Digər bir təbii incisi isə Bohin gölüdür. Bura kayakla gəzinti, su əyləncələri və Trixlav Milli Parkı ilə seçilir. Park adını ölkənin ən yüksək zirvəsindən alıb. Smerald çay suyu ilə tanınan Soça vadisi də burada yerləşir.
Bled gölü ətrafında yerləşən oteldə gecələmək orta hesabla 65 avroya, gündəlik qidalanma isə təxminən 45 avroya başa gəlir.
3. Transilvaniya Alpları, Rumıniya
Transilvaniyada yerləşən Feqeraş dağları Avropanın ən heyranedici təbii ərazilərindən biridir. Burada Rumıniyanın ən yüksək zirvəsi – Moldovianu, məşhur Transfeqeraş dağ yolu və Baleya buzlaq gölü yerləşir. Baleya gölünə il boyu kanat yolu ilə çıxmaq mümkündür.
Əlavə olaraq, Transilvaniyaya səfər edən turistlər mütləq Braşov şəhərinə baş çəkməlidirlər. Bu orta əsr şəhəri, döşəmə daşlı küçələri, kafe terasları ilə tanınır və qiymət baxımından Avropanın ən münasib bölgələrindən sayılır. Burada yerli restoranda nahar orta hesabla 10 avroya, şəhər mərkəzində 4 ulduzlu oteldə gecələmək isə 70 avroya başa gəlir.
Samir