İngiltərədə keçmiş polis məhbusları öpmək və onlara məxfi məlumat ötürmək ittihamı ilə həbs cəzasına məhkum edilib.
HİT.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Məlumata görə, Çoni Kelli Forest Bank Həbsxanasının CCTV kameraları onun məhbus Coş Uilanla öpüşdüyünü qeyd etdikdən sonra həmkarları arasında şübhə doğurub. Sonradan məlum olub ki, o, nəinki həbsxanada ona baş çəkib, həm də narkotik biznesini idarə etmək üçün dəmir barmaqlıqlar arxasında istifadə etdiyi 20 mobil telefonun pulunu ödəyib.
Uilandan başqa Kelli istintaq altında olan Rahim Mottli ilə münasibətdə olub. Daxili məlumat bazalarına girişdən istifadə edərək, onun üçün polis əməliyyatları, o cümlədən qarşıdan gələn reydlər haqqında məlumat axtarıb. Söhbətlərin birində o, hansı yerli sakinlərin polislə xəbərçi kimi əməkdaşlıq etdiyini öyrənməyə söz verib.
Hakim Neil Fluitt bildirib ki, Kelli şəxsi mənafedən deyil, cinayətkarlar tərəfindən manipulyasiya edilməsinə icazə verməklə "sadəlövhlük və yetkinlikdən kənar" hərəkət edib. Lakin onun hərəkətləri polisə inamı ciddi şəkildə sarsıdıb. Nəticədə britaniyalı qadın 3 il 9 ayını dəmir barmaqlıqlar arxasında keçirəcək.
Samir